Müntəzəm təkrarlanan kosmik siqnalın haradan gəldiyi araşdırılıb


17 noyabr 2026 87 baxış
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Astronomlar Yerdən 5 min işıq ilindən çox məsafədə yerləşən və təxminən hər səkkiz dəqiqədən bir radio siqnalları göndərən sirli kosmik mənbənin mənşəyini müəyyən ediblər.
Araşdırmalar göstərib ki, qeyri-adi siqnalın mənbəyi ağ cırtdan və Günəşə bənzər ulduzdan ibarət ikili ulduz sistemidir. Siqnalın əsas xüsusiyyəti onun müntəzəm təkrarlanması olub. Radio impulslarının təxminən hər səkkiz dəqiqədən bir qeydə alınması alimlərin diqqətini çəkib.
Tədqiqat zamanı astronomlar 100 saatlıq müşahidə məlumatlarını təhlil ediblər. İmpulsların aydın şəkildə qeydə alınması ağ cırtdanın digər ulduzla birlikdə ikili sistem yaratdığını müəyyənləşdirməyə imkan verib.
Qeyd olunub ki, əldə olunan nəticələr radio şüalanmasının ağ cırtdanın yaxınlığından və ya birbaşa onun daxilindən gəldiyini göstərir. Astronomiyada uzunmüddətli keçici radio hadisələri nisbətən yeni tədqiqat sahəsi hesab olunur. Bu tip siqnalların əsas xüsusiyyəti radio impulsları arasında qeyri-adi dərəcədə uzun fasilələrin olmasıdır.
Alimlərin fikrincə, yeni kəşf bu hadisələrin necə yarandığını anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.
Kopyalandı
