Brüsseldə evsizlərin 90 faizinə sığınacaq tapılmayıb


Dünya
0 0
Bugün 14:49
Belçikanın paytaxtı Brüsseldə evsizlərə yardım göstərən Samusocial təşkilatı sentyabr-oktyabr aylarında ailələri ilə birlikdə sığınacaq üçün müraciət edən 3 778 nəfərdən yalnız 382-ni qəbul edə bilib.
Məlumata görə, 3 396 nəfərin sığınacaq tələbi yer çatışmazlığı səbəbindən təmin olunmayıb. Beləliklə, müraciətlərin təxminən 90 faizi cavabsız qalıb.