Müdafiə nazirinin keçmiş müavini həbs edildi - bu ölkədə


Moskvada məhkəmə Rusiya müdafiə nazirinin sabiq birinci müavini Ruslan Tsalikovu 10 il müddətinə həbs cəzasına məhkum edib. O, həmçinin 500 milyon rubl (10.3 milyon manat) məbləğində cərimələnib və dövlət təltiflərindən məhrum edilib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, Tsalikov Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə təqsirli bilinib.
Bunlara mütəşəkkil cinayətkar qrupun tərkibində mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması (yuyulması), habelə rüşvət alma daxildir.
Dərc vaxtına görə