Müctəba Xameneidən gözlənilməz tapşırıq – Vaşinqtona da mesaj göndərildi


İranın Ali rəhbəri Müctəba Xamenei ölkənin raket arsenalının uçuş məsafəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə göstəriş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın “Bəsic” qüvvələri rəhbərinin müavini, briqada generalı Qasım Qureyşi jurnalistlərə açıqlamasında bildirib.
Yeni yanaşmaya əsasən, İranın hədəfi dəqiqliklə vura bilən və 2 min kilometr məsafə qət edən raketlərə malik olması nəzərdə tutulur.
Generalın sözlərinə görə, Ali rəhbərin göstərişi silahlı qüvvələrdə silahlanma, hərbi texnika, kəşfiyyat və atəş imkanları baxımından artıq icra olunub.
Qureyşi ABŞ-a da xəbərdarlıq edərək bildirib ki, Vaşinqton qüvvələrini İran ərazisindən 1000 və ya 2000 kilometr uzaqlaşdırmaqla təhlükəsizlikdə olduğunu düşünməməlidir:
“Əvvəllər İranın raketlərini “fotoşop” və “su qızdırıcısı” adlandırırdılar. İndi isə həmin məsafələrdə də özlərini təhlükəsiz hiss edə bilməyəcəklər. Zərurət yaranarsa, Ali rəhbərin qərarı silahlı qüvvələr tərəfindən yerinə yetiriləcək”.
Safura Bənnayeva Globalinfo.az
Dərc vaxtına görə
Globalinfo.azoxuduğunuz
Müctəba Xameneidən gözlənilməz tapşırıq – Vaşinqtona da mesaj göndərildi