Morten Yulmand: "Bu, Danimarka futbolu tarixinin ən böyük qələbələrindən biridir"


Danimarka millisinin yarımmüdafiəçisi Morten Yulmand Portuqaliya üzərində 4:1 hesablı qələbəni dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Yulmand bu nəticəni Danimarka futbolu tarixinin ən böyük uğurlarından biri adlandırıb:
"Necə oldu ki, Portuqaliya kimi güclü komandaya 4:1 hesabı ilə qalib gəldik? Bu, əla sualdır. Məncə, Portuqaliya dünyanın ən yaxşı komandalarından biridir, lakin bu gün hər bir danimarkalı futbolçu uzun müddətdən sonra ən yaxşı oyununu göstərdi. Əvəzetmədən meydana çıxanlar da daxil olmaqla, hamımız birlikdə fantastik oyun sərgilədik. Möhtəşəm qollar vurduq və qələbəyə layiq idik. Hazırda diqqətimi qrupda ikinci yeri tutmağa yönəltmişəm. Əgər növbəti oyunda Norveçə uduzsaq, üçüncü yeri tutacağıq və mərhələ adlaya bilməyəcəyik. Bu, Danimarka futbolu tarixinin ən böyük qələbələrindən biri olsa da, təvazökar olmalıyıq. Çünki çərşənbə axşamı məğlub olsaq, ikinci ola bilməyəcəyik".
1 mənbə
