Morqda dirildi və siqaret istədi: Bu ölkədə inanılmaz hadisə


Nigeriyada öldüyü elan edilən motosikletçi morqda bir neçə saat sonra ayılaraq ətrafdakılardan siqaret və alışqan istəyib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “Pulse.ng” məlumat yayıb.
Məlumata görə, adı açıqlanmayan kişi motosiklet qəzasına düşdükdən sonra ölü elan edilib və morqa aparılıb. Lakin bir neçə saat sonra o, qəfil özünə gəlib və ayağa qalxıb.
Şahidlərin sözlərinə görə, ayıldıqdan sonra kişinin ilk istəyi siqaret və alışqan olub. Bu gözlənilməz hadisə ətrafdakılar arasında böyük təəccüb və təşviş yaradıb.
Hadisə şahidlərindən biri kişiyə baş verənlərdən sonra mütləq tibbi müayinədən keçməli olduğunu bildirib.
Onun şəxsiyyəti və hazırkı sağlamlıq vəziyyəti barədə əlavə məlumat verilməyib.