Modriç milli oyun sayında Messi ilə bərabərləşdi


Luka Modriç milli komandada oyun sayında Lionel Messi ilə eyni göstəriciyə çatıb.
Offsideplus.az xəbər verir ki, Xorvatiya millisinin yarımmüdafiəçisi Millətlər Liqasında Çexiyaya qarşı keçirilən qarşılaşmada 208-ci dəfə ölkəsinin formasını geyinib. Bu göstərici ilə o, Argentina yığmasının sabiq kapitanı Lionel Messiyə çatıb. Milli komanda səviyyəsində ən çox oyun keçirən futbolçu isə Kriştiano Ronaldudur – 234. Qeyd edək ki, həm Messi, həm də Ronaldu artıq milli karyeralarını başa vurublar.
