"Mingəçevir"ə bir qol kifayət etdi

I Liqanın 8-ci turunda "Mingəçevir" "Baku Sportinq"i qəbul edib.
Görüşün ilk dəqiqələri meydan sahiblərinin təzyiqi altında keçib. Hətta matçın 4-cü dəqiqəsində akrobatik zərbə ilə hesabı açmağa yaxın olsalar da, qapıçı inamlı çıxış edib. Buna baxmayaraq, qarşılaşmanın 15-ci dəqiqəsində "Nur şəhəri" təmsilçisi önə keçməyi bacarıb. Samson Oqunmola qol vurub. Cəmi 1 dəqiqə sonra qonaqlar oyuna bərabərlik gətirməyə yaxın olsalar da, top az fərqlə qapıdan yan keçib.
İkinci hissədə hücumlar 65-ci dəqiqədən sonra çoxalıb. Hər iki tərəf cəhdlər etsə də, real qol şansı yarada bilməyib. Görüş 1:0 ev sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Bu qalibiyyətdən sonra xallarının sayını 7-yə çatdıran "Mingəçevir" 7-ci pillədə, "Baku Sportinq" isə 1 xalla sonuncu sırada qərarlaşıb.
19 noyabr 2026. Saat 14:30
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança) 200 tamaşaçı
Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Aydın Baxşiyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Cavid Məmmədli, 40 (qeyri-idman hərəkəti); Həsrət Mürsəlov, 84 (qeyri-idman hərəkəti) // Əli Babayi, 79 (qeyri-idman hərəkəti)
Qol: Samson Oqunmola, 15
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
“Mingəçevir”33. Eldar Tərlanov10. Roman Hüseynov (k)45. Rüstəm Nuruyev(99. Kamil Qardaşlı, 83)9. Xəlil Bəşirov(8. Həsrət Mürsəlov, 83)20. Əli Mürsəlov(7. Cavanşir Şahbazlı, 64)24. Nemət Şıxamirov77. Nicat Quliyev(6. Rimas Kerimi, 89)18. Samson Oqunmola21. Cavid Məmmədli4. Hüseyn Hüseynov5. Kehinde Alaqa
Ehtiyat oyunçular:1. Afiq Musayev19. Əsgər Hüseynov17. Bahadur Quliyev44. Elnur Mustafayev
Məşqçi: Samir Məmmədov
“Baku Sportinq”1. Cəfər Əlizadə (k)10. Elşən Abdullayev(13. Rüstəm Əlizadə, 90+2)9. Elnur Səmədov(21. Elşən Hidayətov, 46)6. Cabir Əmirli27. Əli Babayi3. Məhərrəm Orucov7. Elvin Valiiev(11. Məhərrəm Səfərov, 46)
8. Sadiq Hüseynli77. Zahir Mirzəzadə25. Hüseyn Məmmədzadə4. Yelmar Aşurov(30. Nəbi Məmmədov, 83)
Ehtiyat oyunçular:88. Hilal Maqsudlu33. Tural Mirsultanov19. Rəsul İbrahimov5. Fərid Səfərli
Məşqçi: Bəxtiyar Soltanov
