Millimizin sabiq yarımmüdafiəçisi Andorra ilə matç barədə nə düşünür?


Azərbaycan millisi bu gün Andorra ilə sınaq matçına çıxacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da reallaşacaq.
Yığmanın və "Qarabağ"ın keçmiş yarımmüdafiəçisi Elvin Məmmədovla əlaqə saxlayıb matçla bağlı düşüncələrini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Məqsəd bu oyunda yeni çağırılan futbolçuları yoxlamaqdır. Qrupu lider kimi başa vurduq, milli komandamızı təbrik edirəm. Bu oyunda ancaq Ayxan Abbasov daha yaxşısını bilir. Yeni çağırılan futbolçulara şans veriləcək. Çox güman ki, onları yoxlamaq, milli komandada bu yükü daşımaq üçün onlara şans veriləcək. Onların hər birinə uğurlar arzulayıram. Düşünürəm ki, millimiz bu gün layiqincə oyun oynayıb qələbə qazanacaq".
Əlisahib İbrahimli