Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat edib və II Fəxri xiyabanda dəfn olunub


3 mənbə əsasında
Sentyabr ayının ortalarından etibarən xəstəxanada müalicə alan Azərbaycanın Milli Qəhrəmanı Ehtiram İsrail oğlu Əliyev 2026-cı il noyabrın 15-də dünyasını dəyişib. Noyabrın 16-da mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində rəsmi şəxslər, nazirliklərin nümayəndələri və rayon icra hakimiyyətlərinin rəhbərləri iştirak ediblər. Mərhumun üç və yeddi mərasimlərinin Heydər məscidində təşkili isə bəzi qurum rəhbərləri tərəfindən həyata keçirilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Milli Qəhrəmanımız Ehtiram Əliyevin xatirəsinə göstərilən ehtirama və ailəsinə verilən dəstəyə görə minnətdarlıq
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram İsrail oğlu Əliyev sentyabrın ortalarından xəstəxanada müalicə alırdı. 2026-cı il noyabrın 15-də Ehtiram qardaşımızı itirdik. Noyabrın 16-da onu böyük ehtiramla II Fəxri xiyabanda torpağa tapşırdıq.Vətənin ağır günlərində onun müdafiəsinə qalxmış bir insanı torpağa tapşırarkən ailəsinin yanında olmağı, dərdinə şərik çıxmağı hər birimizin mənəvi borcu hesab edirəm. Bu ağır günlərdə Ehtiram qardaşımızın xatirəsinə göstərilən ehtiramı və ailəsinə verilən dəstəyi xüsusi qeyd etmək istərdim.Milli Qəhrəmanımızın dəfni zamanı onun xatirəsinə göstərdiyi ehtirama görə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənova minnətdaram.Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Bakı Beynəlxalq Avtovağzalının rəhbəri Qəhrəman Qələndərov Ehtiram qardaşımızın üç-yeddi mərasiminin Heydər məscidində təşkilini öz üzərlərinə götürdülər. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev də ailəyə maddi və mənəvi dayaq oldu, həmin günlərdə qarşıya çıxan məsələlərin həllinə kömək etdi.Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri, Bakı Beynəlxalq Avtovağzalının rəhbəri Qəhrəman Qələndərov, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və rəhbərlik etdiyi kollektiv, eləcə də Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Qəhrəmanımızın dəfnində iştirak etdilər. Heydər məscidində keçirilən üç-yeddi mərasimində də səhər saat 11:00-dan məclisin sonunadək ailənin yanında olduqlarına görə onların hər birinə xüsusi minnətdarlığımı bildirirəm.Şəhid Milli Qəhrəmanlarımızın ailə üzvləri, Azərbaycanın sağ 13 Milli Qəhrəmanlarımız, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin kollektivi və şəxsən öz adımdan qürurla hər birinizə dərin təşəkkür edirəm.Bir məsələni də şəxsən öz adımdan münasibət bildirmək istəyirəm.Ehtiram qardaşımızı ziyarətə gedəndə onun 22 yaşlı oğlu Elvini xəstəxanada
Tam oxu Sabahinfo.az saytındaDərc vaxtına görə
Sabahinfo.azoxuduğunuz
Milli Qəhrəmanımız Ehtiram Əliyevin xatirəsinə göstərilən ehtirama və ailəsinə verilən dəstəyə görə minnətdarlıq
