“Milan” nə təklif edir? - “Real”ın hücumçusundan ötrü


“Real”ın hücumçusu Endrik İtaliya klublarının transfer hədəfində qalmaqda davam edir.
Sportinfo.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Braziliyalı futbolçunun xidmətində “Milan” və “Roma” maraqlıdır. Mümkün transferin məbləğinin 60-70 milyon avro arasında olacağı bildirilir.
“Milan” “Real”ın maliyyə tələblərini qarşılamağa hazırdır. Ancaq İtaliya klubu bu məbləği sabit ödəniş və bonuslar şəklində ödəməyi, həmçinin, Madrid təmsilçisinə futbolçunu geri almaq hüququ verən bəndin müqaviləyə daxil edilməsini təklif edir.
Bununla belə, A Seriyası klublarının ciddi marağına baxmayaraq, “Real”ın baş məşqçisi Joze Mourinyo 20 yaşlı forvardın satışına qarşı çıxmaqda davam edir.
Endrik 2026/27 mövsümündə bütün turnirlərdə 7 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
