La Liqa: “Trua” qələbə qazandı


Fransa Liqa 1-də XI tura start verilib.
Futbolpress.az xəbər verir ki, turun açılış matçında “Trua” doğma meydanda “Havr”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matça sürətli başlayan qonaqlar artıq 3-cü dəqiqədə Coş Mayanın qolu ilə hesabı açıblar. Lakin təşəbbüsü ələ alan “Trua” 19-cu dəqiqədə Antuan Millin dəqiq zərbəsi ilə tarazlığı bərpa edib. İkinci hissədə də üstün oyununu davam etdirən meydan sahibləri 69-cu dəqiqədə yenidən Millin fərqlənməsi ilə önə keçiblər. Oyuna əlavə olunmuş dəqiqələrdə (90+8′) Reno Ripar penaltidən dəqiq zərbə vuraraq matçda son nöqtəni qoyub.
Qeydə alınan nəticə:
Fransa Liqa 1
XI tur
“Trua” – “Havr” 3:1
Qollar: Antuan Mill, 19, 69, Reno Ripar, 90+8 (pen.) – Coş Maya, 3
