"Meydana "Şahdağ Qusar"ı məğlub etmək üçün çıxacağıq" - "Gəncəbasar"ın mərkəz müdafiəçisi


1-ci Liqanın 8-ci turunda lider "Şahdağ Qusar" 2-ci pillədə qərarlaşmış "Gəncəbasar"ı qəbul edəcək. Gəncə təmsilçisinin mərkəz müdafiəçisi Mahir Həsənov turun mərkəzi qarşılaşması ərəfəsində fikirlərini bölüşüb.
O, Fanat.Az-a açıqlamasında belə danışıb:
"Ab-hava qaydasındadır. Liderlə oyuna səylə hazırlaşırıq. Elhad müəllimin (komandanın baş məşqçisi Elhad Nəziri - red.) verdiyi tapşırıqları arzulanan səviyyədə yerinə yetirsək, liderlə oyunda xal və ya xallar qazanacağıq.Bir məqsəmiz var var, o da qələbədir. Meydana "Şahdağ Qusar"ı məğlub etmək üçün çıxacağıq".
Qeyd edək ki, sözügedən oyun noyabrın 20-də baş tutacaq. Binə qəsəbə stadionunda oynanılacaq matçın start fiti 14:00-da səsləndiriləcək.
Nihat
1 mənbə