Meta şifrələmə xidmətlərini Kanadadan çıxara bilər


“Meta” şirkəti Kanadada müzakirə olunan qanun layihəsinə dəyişiklik edilmədən qəbul olunacağı təqdirdə şifrələmə xidmətlərini ölkədə dayandırmağı nəzərdən keçirir.
Şirkət nümayəndələri bildiriblər ki, təklif olunan qanunvericilik istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyini risk altına sala bilər.
“Meta” hesab edir ki, yeni tələblər şifrələmə sistemlərinin etibarlılığını zəiflədərək istifadəçi məlumatlarını kibercinayətkarların müdaxiləsi qarşısında müdafiəsiz qoya bilər.
Şirkət qanun layihəsinin hazırkı formada qəbul edilməsinin mümkün nəticələrini qiymətləndirir. Bununla belə, xidmətlərin Kanadada dayandırılması ilə bağlı hələlik yekun qərar verilməyib.