Messi MLS tarixində ilkə imza atdı - Ardıcıl ikinci dəfə “Qızıl buts” qazandı


Argentina millisinin və “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi ABŞ-ın Major League Soccer (MLS) çempionatında növbəti tarixi uğura imza atıb.
Redaktor.az xəbər verir ki, 39 yaşlı hücumçu ardıcıl ikinci mövsüm MLS-in “Audi” şirkətinin təqdim etdiyi “Qızıl buts” mükafatına layiq görülüb.
Messi 2026-cı il mövsümündə 31 oyunda 26 qol vuraraq çempionatın ən məhsuldar futbolçusu olub. O, bu göstərici ilə “Dallas”ın hücumçusu Petar Musanı (22 qol) və “Nashville”in forvardı Sem Surrici (21 qol) qabaqlayıb.
Bununla da argentinalı futbolçu MLS tarixində “Qızıl buts” mükafatını ardıcıl iki mövsümdə qazanan ilk oyunçu kimi tarixə düşüb.
Qeyd edək ki, Messi 2025-ci il mövsümündə 29 qolla MLS-in bombardiri olmuşdu. O, cari mövsümdə 17 məhsuldar ötürmə də verərək ümumilikdə 43 qol töhfəsi ilə çempionatın bu göstəricidə də lideri olub.
Beləliklə, səkkizqat “Qızıl top” sahibi MLS-də daha bir tarixi nailiyyətə imza atıb.
Turan ASLAN
1 mənbə
