Yük avtomobilini gəzən mətbəxə çevrdi - VİDEO


20:47 • 22 Noyabr 20261 dəq oxu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Qax rayonunda yük avtomobili gəzən mətbəxə çevrilib.
Xezerxeber.az-ın məlumatına görə, uzun illər kürədə dadlı pizza bişirən Qax sakini Ramazan Ramazanlı altı ay çalışaraq səyyar kürəsi olan mətbəx düzəldib.
Xüsusi platforma və istilik izolyasiya qatları əlavə edərək kürəni yük maşınına bağlayan usta həm də xüsusi formada soyuducu və generator da quraşdırıb. Nəticədə aşpaza lazım olan bütün əşyalarla təmin edilmiş mətbəx ərsəyə gətirib.
Turistlər də gəzərkən mətbəxin onların yanına getməsini xoş qarşılıyırlar.
Ramazan Ramazanlı deyir ki, bu mətbəxi gələcəkdə daha da təkmilləşdirəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
© xezerxeber.az
