Məşhur serialın aktrisası hər bölümə cəmi 25 manat alıb - FOTO


Bir vaxtlar məşhur "Yaprak Dökümü" serialında Sedef obrazını canlandıran aktrisa Seda Demirin illər əvvəl aldığı qonorarla bağlı açıqlaması yenidən gündəmə gəlib. Aktrisanın bir bölüm üçün cəmi 25 manat qazandığını deməsi diqqət çəkib.
Demokrat.az xəbər verir ki, Seda Demir serialın ilk çəkilişləri zamanı bir bölümə görə 750 türk lirəsi, yəni indiki məzənnə ilə təxminən 25 manat qonorar aldığını bildirib.
Onun sözlərinə görə, sonradan bu məbləğ əvvəlcə təxminən 30 manata, daha sonra isə 84 manata yüksəlib.
Aktrisa qazancının təcrübəli həmkarları ilə müqayisədə xeyli az olduğunu da qeyd edib. O bildirib ki, serialın yayımlandığı illərdə ətrafındakı bəzi insanlar qazandıqları pulla ev ala bildiyi halda, özü yalnız avtomobil əldə edə bilib.
Qeyd edək ki, 2006–2010-cu illərdə yayımlanan "Yaprak Dökümü" serialında Seda Demir beş mövsüm Sedef obrazını canlandırıb. Bu rol onun geniş tamaşaçı kütləsi tərəfindən tanınmasına səbəb olub.
Xatırladaq ki, qonorar məbləğləri bugünkü məzənnə ilə çevrilib. Aktrisanın həmin dövrdə aldığı faktiki məbləğlər türk lirəsi ilə olub.