Məşhur müğənni 10 il həbs oluna bilər – “Başımı bəlaya saldı”


Məşhur müğənni hakim qarşısında: 10 il həbs cəzası tələb olunur
Türkiyənin tanınmış müğənnisi Yusuf Güney narkotik və psixotrop maddələrin istifadəsini təşviq etməkdə ittiham olunduğu cinayət işi üzrə məhkəmə qarşısına çıxıb.
Expressxeberler.az xəbər verir ki, İstanbul Məhkəməsində keçirilən prosesdə sənətçi özünü müdafiə edərək hər hansı cinayət törətmək niyyətinin olmadığını bildirib.
“Peruda tanış olduğum bir bitkidən danışmağım başımı bəlaya saldı. Mənə qarşı irəli sürülən ittihamlarda göstərilən cinayətləri törətmək niyyətim olmayıb”, – deyə Yusuf Güney bildirib.
Müğənninin vəkili Feyza Kayadibi isə müdafiə çıxışında müvəkkilinin sözügedən bitkini qədim dövrlərdən istifadə olunan dərman vasitəsi kimi tanıdığını deyib.
Vəkilin sözlərinə görə, Yusuf Güney həmin maddənin qadağan olunduğunu bilməyib və narkotik istifadəsini təşviq etmək niyyəti olmayıb. Müdafiə tərəfi müğənni barəsində bəraət hökmü çıxarılmasını və məhkəmə nəzarəti tədbirinin ləğv edilməsini tələb edib.
Məhkəmə müğənni barəsində tətbiq olunan məhkəmə nəzarəti tədbirinin qüvvədə saxlanılmasına qərar verib. Cinayət işi yekun rəyin hazırlanması üçün prokurorluğa göndərilib. Sənətçi üçün 10 ilədək həbs cəzası tələb olunub.
Qeyd edək ki, Yusuf Güney rəqəmsal platformalardan birində yayımlanan verilişdə ayahuasca çayı haqqında danışdıqdan sonra onun barəsində araşdırma başlanılıb. Yoxlamalar zamanı içkinin tərkibindəki DMT maddəsinin Türkiyədə 2313 saylı qanunla qadağan edilən maddələr siyahısında olduğu müəyyənləşdirilib.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #YusufGüney #Türkiyə #Məhkəmə
Dərc vaxtına görə
Expressxeberler.azoxuduğunuz
Məşhur müğənni 10 il həbs oluna bilər – “Başımı bəlaya saldı”