Məsciddən oğurluq etdi, öz telefonunu isə hadisə yerində unutdu


Türkiyənin Bursa şəhərində məsciddən oğurluq edən şübhəli hadisə yerində öz mobil telefonunu unudub.
Hadisə Orhangazi rayonundakı Gazi Orhanbey məscidində baş verib. Səhər namazı üçün məscidə gələn imam otağının dağıdıldığını görüb. Yoxlama zamanı təxminən 6 min lirə pulun və mobil telefonunun oğurlandığı məlum olub.
İmamın şikayəti əsasında polis əməkdaşları hadisə yerinə gəlib. Araşdırma zamanı oğurluğu törədən şəxsə məxsus olduğu ehtimal edilən mobil telefon aşkarlanıb.
Telefon üzərindəki barmaq izlərinin imamın otağından götürülən izlərlə müqayisə ediləcəyi bildirilib.
Faktla bağlı araşdırma davam edir.