Çin amerikalı jurnalistin sammitdə iştirakını QADAĞAN EDİB


Çin ABŞ jurnalistini Tramp, Si və Putinlə görüşdən kənarlaşdırıb
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Çin hakimiyyəti ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında keçirilən görüş zamanı Nvidia şirkətinin keçmiş rəhbəri Censen Huanqla bağlı sual verən “Bloomberg” jurnalistinin üçtərəfli sammitdə iştirakına icazə verməyib.
Jurnalist Trampdan Huanqın ABŞ-yə qarşı sədaqətsizlik nümayiş etdirib-etdirmədiyini soruşub.
Bu sual onun Çin kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən qadınla münasibətləri barədə yayılan məlumatlara işarə edib.
Məlumata görə, Çin tərəfi jurnalistin Tramp, Si Cinpin və Vladimir Putinin iştirakı ilə keçirilən görüşə buraxılmayacağını bildirib.
Ağ Ev jurnalistin yenidən zala daxil olmasına nail olmağa çalışsa da, cəhdlər nəticəsiz qalıb. Nəticədə müxbir görüşü qapı arxasında gözləməli olub.
Xuraman Etibarlı
İnterpress.az