Merab Dvalişvili: "Bu münaqişə xalqlar arasında deyil"


Merab Dvalişvili Usman Nurmaqomedovla baş verən insidentə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, qeyd edib ki, çoxlu dağıstanlı dostları var və bu qarşıdurma xalqlar arasında deyil, şəxsi xarakter daşıyır.
11 noyabrda Əbu-Dabidə oteldə Dvalişvili ilə Usman Nurmaqomedov arasında dava baş verib. Hadisə iştirakçılarını polis saxlayıb. 13 noyabrda məlum olub ki, 10 nəfərdən 8-i həbs cəzası alıb. Usman Nurmaqomedov isə yarım il müddətinə azadlıqdan məhrum edilib.
