Mənim dostumdur


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Çinin Şençjen şəhərində keçirilən APEC sammiti çərçivəsində ikitərəfli danışıqlara başlayıblar.
Publika.az xəbər verir ki, Tramp zala daxil olaraq rusiyalı həmkarını salamlayarkən "O kimdir? Mənim dostumdur!" deyib.
Danışıqlar başlamazdan əvvəl Amerika lideri məhsuldar bir söhbət gözlədiyini söyləyib. O, görüşün bir çox müsbət nəticələr verə biləcəyini və ya heç olmasa bunun üçün zəmin yarada biləcəyini deyib. Tramp həmçinin Putinlə uzun müddətdir davam edən əla münasibətlərin olduğunu vurğulayıb.
"Görüşümüzü səbirsizliklə gözləyirik. Bir-birimizi illərdir tanıyırıq. Bu gün görüşəcəyik və ümid edirəm ki, məhsuldar görüş keçirəcəyik. Daha sonra ikinci görüş planlaşdırılır. Yaxşı nəticəyə ümid edirəm", - deyə ABŞ prezidenti bildirib.
Vladimir Putin görüşün mətbuata açıq hissəsində heç bir açıqlama verməyib.
Müəllif: Tural
1 mənbə