Məleykə Abbaszadə heç bir əməkdaşın işdən çıxarılması və ya təyinatı ilə bağlı əmr imzalamayıb - BDU


Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim olunub.
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən Redaktor.az-a bildirilib ki, Məleykə Abbaszadə rektor vəzifəsinin icrasına başladıqdan sonra heç bir əməkdaşın işdən azad olunması və ya vəzifəyə təyin edilməsi ilə bağlı əmr imzalamayıb.
Universitet BDU ilə bağlı məlumatların yayılmasından əvvəl İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirilməsini və rəsmi xəbərlərə istinad olunmasını xahiş edib.
Dərc vaxtına görə
Redaktor.azoxuduğunuz
Məleykə Abbaszadə heç bir əməkdaşın işdən çıxarılması və ya təyinatı ilə bağlı əmr imzalamayıb - BDU
