Ağrıları və depressiyanı azaldan sadə vərdiş: Alimlər sirləri açdı


Kateqoriya məlum deyil21.11.2026 17:40
ABŞ-də aparılan yeni araşdırma gündəlik vərdişlərin insan sağlamlığına təsiri ilə bağlı maraqlı nəticələr ortaya qoyub.
Sfera.az Türkiyənin “Habertürk” nəşrinə istinadən xəbər verir ki, Missuri Universitetinin alimləri yaşlı insanların yuxu, qidalanma və gündəlik fəaliyyət saatlarını araşdırıblar.
Məlum olub ki, hər gün təxminən eyni saatlarda yatan, yemək yeyən və gündəlik fəaliyyətlərini yerinə yetirən insanlarda fiziki ağrı və depressiya əlamətləri daha az müşahidə olunur.
Tədqiqatçılar hesab edirlər ki, bu əlaqə orqanizmin bioloji saatı ilə bağlı ola bilər. Bununla belə, araşdırma nizamlı gündəlik rejimin həmin problemləri birbaşa azaltdığını sübut etmir.
Şahanə Ziyad
Sfera.az
