Məleykə Abbaszadə BDU-da heç bir kadr dəyişikliyi etməyib


BDU-da yeni rektor heç bir əməkdaşla bağlı kadr əmri imzalamayıb
AzEdu.az-a Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, universitetin rektoru Məleykə Abbaszadə noyabrın 19-da kollektivə təqdim edilib.
Bildirilib ki, Məleykə Abbaszadə rektor vəzifəsinin icrasına başladıqdan sonra heç bir əməkdaşın işdən azad olunması və ya vəzifəyə təyin edilməsi ilə bağlı əmr imzalamayıb.
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi universitetlə bağlı məlumatların yayılmasından əvvəl dəqiqləşdirilməsini və rəsmi xəbərlərə istinad edilməsini xahiş edib.
Dərc vaxtına görə