Salam, məktəb, 1-ci gündən dərslər başlayır


Azərbaycanda beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində dərslər noyabrın 23-də - bazar ertəsi başlayır.
Modern.az-ın məlumatına görə, 2026–2027-ci tədris ili üzrə payız tətili noyabrın 16-dan 20-dək davam edib. Şənbə və bazar günləri də nəzərə alınmaqla şagirdlər bazar ertəsi yenidən dərsə başlayacaqlar.
Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən məktəblərdə isə dərslər noyabrın 21-də başlayıb.
Qeyd edək ki, payız tətili məktəbəhazırlıq qruplarını da əhatə edib.
Dərc vaxtına görə
