Melaniya Tramp Ukraynada atəşkəs üçün tarix açıqlayıb


BAKI, 21 noyabr. TELEQRAF
ABŞ-nin birinci xanımı Melaniya Tramp Milad bayramına qədər Rusiya ilə Ukrayna arasında yeni atəşkəs razılaşmasının əldə olunacağına ümid etdiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Milad bayramında hansı hədiyyəni almaq istədiyi soruşulan Melaniya Tramp dünyada sülh arzuladığını deyib.
“Əlbəttə, bütün dünyada sülh istəyirəm. Amma ilk növbədə daha çox atəşkəs razılaşmasının əldə olunmasını arzulayıram. Ukrayna və Rusiya istəsələr, buna çox tez nail ola bilərik. Bəlkə də Milad bayramına qədər daha bir atəşkəs əldə ediləcək. Buna ümid edirəm”, – o bildirib.
Melaniya Tramp həmçinin Xerson vilayətinin Alyoşki şəhərində həyata keçirilən humanitar əməliyyatı böyük uğur adlandırıb.
Onun sözlərinə görə, oktyabrın sonunda tərəflər humanitar yardımın çatdırılması üçün şəhərdə müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
Məlumata əsasən, oktyabrın 30-da yerli sakinlərə onlarla ton humanitar yardım paylanıb və ərazini tərk etmək istəyən şəxslərin təxliyəsinə şərait yaradılıb.