Melaniya Tramp: Prezidentin ətrafında onunla daim razılaşan həddindən çox insan var


20.11.2026 - 21:06
ABŞ-nin birinci xanımı Melaniya Tramp Prezident Donald Trampın ətrafında onun fikirləri ilə daim razılaşan çox sayda insanın olduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, o, “Melania: The Series” adlı yeni sənədli serialın ilk bölümündə bu vəziyyətin sağlam olmadığını deyib.
“Bəzən onun ətrafında həddindən artıq çox insan olduğunu düşünürəm. Onlar hər şeyə ‘hə’ deyən insanlardır və bu, sağlam deyil”, – Melaniya Tramp bildirib.
O, prezidentlə münasibətində fərqli mövqe tutduğunu vurğulayıb: “O deyir ki, mən çox çətin insanam. Amma mən ona həqiqəti deyirəm”.
Melaniya Tramp ətrafındakı şəxslərin adlarını çəkməyib və onların prezidentin hansısa qərarına təsir göstərdiyinə dair konkret nümunə təqdim etməyib.
Rauf
1 mənbə