Yeni Azərbaycan Partiyasının keçdiyi siyasi yol və müstəqillik dövrünün tarixi


4 mənbə əsasında
Milli Məclisin deputatı Zahid Oruc Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yola dair məqalə dərc edib. Məqalədə təşkilatın 1992-ci ilin noyabrında Naxçıvanda yaradıldığı və qısa müddətdə hakim partiyaya çevrildiyi qeyd olunur. Həmçinin ölkənin müstəqilliyini Ermənistanın hərbi təcavüzü və daxili böhranlar şəraitində əldə etdiyi vurğulanır.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
MƏĞLUBİYYƏT DÖVRÜNDƏN ZƏFƏRƏ VƏ YENİ MİLLİ HƏDƏFLƏRƏ DOĞRU - ZAHİD ORUCUN YAZISI
Milli Məclisin deputatı Zahid Oruc yazır:Yeni Azərbaycan Partiyasının 34 illik tarixi ölkəmizin müstəqillik dövründə keçdiyi böyük siyasi yolun ayrılmaz bir parçası, mühüm salnaməsidir. 1992-ci ilin noyabrında Naxçıvanda yaradılan təşkilat qısa bir vaxtda-cəmi altı ay sonra müxalifət partiyasından hakim siyasi qüvvəyə çevrildi. Onun fəaliyyəti Azərbaycan dövlətçiliyinin ən ağır dövrünə, müharibəyə, hakimiyyət böhranlarına, iqtisadi tənəzzülə, sonrakı sabitləşmə və dövlət quruculuğu illərinə, nəhayət, 2020-ci ilin hərbi Qələbəsinə və 2023-cü ildə suverenliyin tam bərpası mərhələsinə düşdü.Ötən əsrin 80-ci illərinin sonunda Sovet İttifaqının dağılması keçmiş ittifaq respublikalarının hər birinin ideoloji və siyasi quruluşunda böyük dəyişikliklərə səbəb oldu. İllərlə birpartiyalı sistemin tərkibində yaşayan xalqlar müstəqil dövlət quruculuğuna, yeni siyasi təşkilatlar yaratmağa, idarəetmənin demokratik əsaslarını formalaşdırmağa başladılar. Azərbaycan isə digər respublikaların əksəriyyətindən fərqli olaraq müstəqilliyə Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü şəraitində daxil olurdu. Qarabağ məsələsi milli azadlıq hərəkatının, siyasi partiyaların yaranmasının, meydan mitinqlərinin və hakimiyyət uğrunda mübarizənin əsas mövzularından birinə çevrildi. Hər yeni işğal, qaçqın və məcburi köçkün dalğası ölkədə siyasi gərginliyi artırırdı. Müstəqilliyin qazanılması ilə yanaşı, onun qorunması, ərazi bütövlüyünün müdafiəsi və işlək dövlət hakimiyyətinin yaradılması da qarşıda dayanırdı.Ağır illərdə müxtəlif ideoloji mövqeləri təmsil edən siyasi qüvvələri meydana çıxardı. Çoxpartiyalı sistemə keçid cəmiyyətin siyasi təşkilatlanması üçün yeni imkanlar açırdı. Lakin siyasi institutların zəifliyi, müharibənin davam etməsi və hakimiyyət uğrunda kəskin silahlı mübarizə sabit dövlət idarəçiliyinə keçidi çətinləşdirirdi. 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi milli dövlətin qurulmasına gedən yolda nəinki yeni problemləri həll etmədi, əksinə cəmiyyətdə xaosu d
Tam oxu Oxu24.com saytındaDərc vaxtına görə