Medvedev Tiafoe ilə matçı ilə bağlı açıqlama verib
1sport.az1Sport.az

Daniil Medvedev ATP Finalının qrup mərhələsində Franses Tiafoe ilə qarşılaşmasını dəyərləndirib.
1Sport.az xəbər verir ki, rusiyalı tennisçi rəqibinin rallilərdə daha üstün olduğunu bildirib:
“Çox çətin matç idi. Düşünürəm ki, əsas oyunda Tiafoe rallilərdə məndən daha yaxşı idi. Lakin yaxşı servislər və bir neçə vacib xal sayəsində bunu kompensasiya edə bildim. Qələbədən məmnunam və sabah yenidən korta çıxacağım üçün şadam”
Qeyd edək ki, 30 yaşlı tennisçi 2021-ci ildə ABŞ Açıq Çempionatının qalibi olub və karyerasında dünya reytinqinin 5-ci pilləsinə yüksəlib.
