Sakanın aqibəti məlum oldu
Football-plus.azadmin2


Bukayo Sakanın aqibəti məlum olub.
"Football-plus.az" xəbər verir ki, “Arsenal”ın yarımmüdafiəçisi Çempionlar Liqasının “Bavariya” ilə oktyabrın 21-də keçirilən oyununda (2:2) sıradan çıxmışdı. Artıq bir aydı futbolsuz qalan Bukayo daha 4 həftə oynaya bilməyəcək. Bunu jurnalistlərə baş məşqçi Mikel Arteta açıqlayıb.
Saka bu mövsüm meydana çıxdığı 11 oyunda 4 qolun və 1 məhsuldar ötürmənin müəllifi olub.
