Mbappe İtaliya ilə oyunda olmayacaq


İspaniyanın "Real Madrid" klubunun və Fransa milli komandasının hücumçusu Kilian Mbappe UEFA Millətlər Liqasının V turu çərçivəsində noyabrın 12-də İtaliyaya qarşı keçiriləcək matçı buraxacaq.
Offsideplus.az xəbər verir ki, "L'Équipe" nəşrinin məlumatına görə, futbolçu dizaltı vətərindəki narahatlıqdan əziyyət çəkir.
Mənbənin məlumatına görə, Mbappenin qrup mərhələsinin son matçına — Fransa yığmasının Türkiyəni qəbul edəcəyi noyabrın 15-də baş tutacaq qarşılaşmaya qədər sıraya dönəcəyi gözlənilir.
Qeyd edək ki, fransalı hücumçu cari mövsümdə "Real Madrid"in heyətində La Liqa və UEFA Çempionlar Liqasında ümumilikdə 16 oyuna çıxıb, 17 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.
