Maurisio Poçettino "Mançester Yunayted" ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayacaq


Argentinalı mütəxəssis Maurisio Poçettino "Mançester Yunayted"in baş məşqçisi postuna yaxınlaşıb.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi Poçettinonun transferi üçün ABŞ Futbol Federasiyasına 10 milyon dollar təzminat ödəməyi planlaşdırır. Mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə bağlanacaq. Razılaşmanın yaxın günlərdə, ehtimal ki, cümə günü elan olunacağı gözlənilir.
"Mançester Yunayted"in milli komandaların oyunlarından sonrakı ilk qarşılaşması 22 noyabrda "Liverpul"a qarşı olacaq. Poçettino həmin vaxta qədər ABŞ millisinin noyabr oyunlarında komandanı çalışdıracaq.
