Mata futbolla vidalaşdı
1sport.az1Sport.az

İspaniyalı yarımmüdafiəçi Xuan Mata 38 yaşında peşəkar futbolla vidalaşıb.
1Sport.az xəbər verir ki, təcrübəli oyunçu bu barədə sosial şəbəkə hesabında paylaşım edərək 20 illik çıxışını nöqtələdiyini açıqlayıb.
Qeyd edək ki, 2006-cı ildə "Kastilya"da debüt edən Mata "Valensiya", "Çelsi", "Mançester Yunayted", "Qalatasaray", "Vissel Kobe" və "Vestern Sidney Uonderers" komandalarının şərəfini qoruyub. O, son mövsümdə Avstraliya liqasının ən yaxşı futbolçusu seçilib.
1 mənbə
