Masallıda icra başçısı fiziki məhdudiyyətli uşağı evində ziyarət edib


Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov anadangəlmə fiziki məhdudiyyəti olan azyaşlı Səccad Əliyevin ailəsinə baş çəkib.
Cənub Media xəbər verir ki, ziyarət noyabrın 16-da rayonun Sığdaş ərazi dairəsinin Babaküçə kəndində baş tutub. Rayon rəhbəri 2024-cü il təvəllüdlü Səccad Əliyevin səhhəti, müalicə prosesi və hazırkı vəziyyəti ilə maraqlanıb, ailə üzvləri ilə söhbət edib.
Görüş zamanı uşağın sağlamlıq vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat alınıb, ailənin qayğı və ehtiyacları dinlənilib.
Qeyd edək ki, Səccad Əliyev Birinci Qarabağ müharibəsi veteranı Surxay Əliyevin nəvəsidir. O, bir müddət əvvəl Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə cərrahi əməliyyat keçirib.
Əlihüseyn Şükürov, Cənub Media, Masallı
Views: 184
Post navigation
1 mənbə

Report+2 mənbə