Martin: "Kriştiano Ronaldu sayəsində Portuqaliya futbol xəritəsində yer aldı"


Portuqaliyalı futbol agenti Helio Martin Kriştiano Ronaldunun Danimarka ilə oyundan əvvəl xüsusi ehtirama layiq olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, UEFA Millətlər Liqasının bu gün Bragada keçiriləcək Portuqaliya–Danimarka qarşılaşmasından öncə Ronaldunun yığmadan ayrılması münasibətilə tədbir təşkil olunacaq. Qeyd edək ki, Kriştiano Ronaldu 5 noyabrda Portuqaliya millisində çıxışlarını başa vuracağını açıqlayıb. O, 2003-cü ildən bəri milli komandanın formasını geyinib.
"Kriştiano Ronaldu Danimarka ilə oyundan əvvəl ehtirama layiqdir. Onun böyüklüyünü heç bir söz tam ifadə edə bilməz. Məhz onun sayəsində Portuqaliya futbol xəritəsində yer aldı. Ümid edirəm ki, bir gün o, milli ilə vida oyunu keçirəcək. Ola bilsin, bu, onun karyerasında sonuncu matç olacaq", – deyə Martin vurğulayıb.
1 mənbə
