Markos Trampı “Jollibee” ilə qonaq etdi


Filippin Prezidenti Ferdinand Romualdes Markos kiçik ABŞ Prezidenti Donald Trampın Manilaya səfəri zamanı amerikalı həmkarını və onun nümayəndə heyətini ölkənin məşhur “Jollibee” fast-food şəbəkəsindən sifariş etdiyi yeməklərlə qonaq etdiyini bildirib.
Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Filippin prezidenti köməkçilərindən “Jollibee” restoranına sifariş vermələrini və yeməkləri gecə saatlarında Tramp və nümayəndə heyətinə çatdırmalarını istəyib. Buna səbəb vaxtın məhdud olması və amerikalı qonaqların filippinlilərin fəxr etdiyi bu restorana şəxsən baş çəkə bilməmələri olub.
Nəşrin qeyd etdiyi kimi, Markos bu jesti ilə həm ölkənin məşhur fast-food şəbəkəsinin tanıdılmasına töhfə verib, həm də fast-food yeməklərinə marağı ilə tanınan ABŞ prezidentinə hörmətini ifadə edib.
Mövsüm,
AzNews.az
