Mançini: "İtaliyanın cüzi üstünlüyü var, amma Belçika güclü komandadır"


İtaliya millisinin baş məşqçisi Roberto Mançini Millətlər Liqasının 6-cı turunda Belçika ilə keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Mançini qarşıdakı qarşılaşmanın çətin keçəcəyini bildirib: "Bu, son oyundur və əlbəttə ki, təhlükəlidir. Bizim cüzi üstünlüyümüz var, amma bu, arxayınlaşmaq üçün əsas deyil. Qarşıda bizi əla oyun gözləyir. Rəqibimiz dünya çempionatından yalnız son dəqiqələrdə İspaniyaya uduzaraq kənarda qalıb".
Heyətlə bağlı suala Mançini belə cavab verib: "Digər futbolçuların vəziyyətini qiymətləndirəcəyik. Onlar çox güc sərf ediblər, amma ciddi dəyişikliklər gözləmək lazım deyil. Kimə istirahət lazım olduğunu müəyyənləşdirməliyik".
Federiko Dimarkonun hücumun cinahında oynaya biləcəyi ehtimalına toxunan Mançini qeyd edib: "Bu variantı bir müddətdir nəzərdən keçiririk, amma belə qərarlar hər oyuna görə ayrıca verilməlidir. Hər şeyi düşünmək üçün kifayət qədər vaxtımız var. Hər şey konkret qarşılaşmadan asılıdır, vəziyyəti ona uyğun dəyərləndirmək lazımdır".
1 mənbə
