Mançini: "İtaliya daha böyük hesabla qalib gələ bilərdi"


İtaliya millisinin baş məşqçisi Roberto Mançini Fransa üzərində 3:1 hesablı qələbəni şərh edib.
Offsideplus.az xəbər verir ki, Mançini oyunla bağlı bunları deyib:
"Möhtəşəm oyun oldu, futbolçular əla çıxış etdilər və buna görə çox sevinirəm. Azarkeşlər üçün də bu qələbə vacib idi. Qaçırılan penalti sadəcə səhv idi. Təəssüf ki, belə hallar baş verir, amma biz sakitliyimizi qoruyub öz oyunumuzu davam etdirdik. Əsas məsələ də budur. Qələbə müəyyən həddə qədər əhəmiyyətlidir. İndi isə Belçikada mütləq qalib gəlməliyik. Qarşıda uzun yol var, işləməyə davam etməliyik. Futbolçular ilk oyundakı məğlubiyyətin əvəzini çıxmaq istəyirlər. Yavaş-yavaş məqsədimizə çatacağıq. Bu gün gördüklərimdən razı qaldım. Erkən qol buraxsaq da, qarşılaşma daha böyük hesabla başa çata bilərdi".
