"Mançester Yunayted"in yeni baş məşqçisi rəsmən açıqlandı


İngiltərənin "Mançester Yunayted" klubu yeni baş məşqçisini açıqlayıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əsas komandanın sükanı arxasına argentinalı mütəxəssis Maurisio Poçettino gətirilib. Tərəflər arasında 2029-cu ilə qədər müqavilə imzalanıb. Bildirilib ki, Poçettino ABŞ millisindəki işini tamamladıqdan sonra — noyabrın 18-dən etibarən "qırmızı şeytanlar"dakı vəzifəsinin icrasına başlayacaq.
Xatırladaq ki, 54 yaşlı mütəxəssis daha əvvəl İngiltərədə "Sauthempton", "Tottenhem" və "Çelsi" klublarını çalışdırıb. O, ABŞ yığması ilə DÇ-2026-nın 1/8 final mərhələsinə qədər irəliləyib.
Qeyd edək ki, cari mövsüm İngiltərə Premyer Liqasının ilk 10 turunda cəmi 1 qələbə qazanan "Mançester Yunayted" turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. Komanda növbəti turda — noyabrın 22-də (Bakı vaxtı ilə saat 20:30-da) səfərdə "Liverpul"la qarşılaşacaq.