"Mançester Siti"ni ağır sanksiyalar gözləyir


"Mançester Siti" klubu apellyasiya şikayəti təmin olunmayacağı təqdirdə gələn il Premyer Liqanın sanksiyaları ilə üzləşəcək.
Offsideplus.az xəbər verir ki, apellyasiya prosesi dekabrın ortalarına təyin edilib və yekun qərarın yeni ildə açıqlanacağı gözlənilir.
Əgər "şəhərlilər" məhkəməni uduzsa, cəza tədbirləri ilə bağlı qərar dərhal qəbul olunacaq.
Mümkün sanksiyalar sırasına maliyyə cərimələri, xalların silinməsi və ya klubun Premyer Liqadan kənarlaşdırılması daxildir.
