Makronun keçmiş hökumət rəsmisi Marin Le Penin partiyasına məxfi məlumat ötürməkdə ittiham olunur
İnfoaz.mediainfoaz


20.11.2026 - 19:08
Fransa Prezidenti Emmanuel Makronun hökumətində çalışmış keçmiş yüksəkvəzifəli şəxs Hüq Mutu (Hugues Moutouh) məhkəmə araşdırmaları ilə bağlı məxfi məlumatları Marin Le Penin rəhbərlik etdiyi “Milli Birlik” (RN) partiyasına ötürməkdə şübhəli bilinir.
İNFOAZ.MEDİA xəbər verir ki, Məlumata görə, daxili işlər naziri Loran Nünez istintaq çərçivəsində Mutuhu izahat vermək üçün çağırıb. Prokurorluq məxfilik qaydalarının pozulması ilə bağlı iddiaları araşdırır.
Noyabrın 9-da polis “Milli Birlik” partiyasının qərargahında axtarış aparıb. Lakin indiyədək heç kim barəsində rəsmi istintaq tədbiri başlanmayıb.
Rauf