Tusk Ukraynaya Polşa hərbçilərinin göndərilməyəcəyini açıqlayıb


Polşa Ukraynada müharibə başa çatdıqdan sonra da öz hərbi qulluqçularını bu ölkəyə göndərməyi planlaşdırmır. Varşava bununla yanaşı, Ukraynaya dəstək məqsədilə logistika və müttəfiqlərlə əməkdaşlıq sahəsində rolunu davam etdirəcəyini bildirir.
Bugun.tv xəbər verir ki, bu barədə “Mail.ru” məlumat yayıb.
Polşanın Baş naziri Donald Tusk noyabrın 19-da Berlində keçirilən “Könüllülər koalisiyası”nın görüşü ərəfəsində jurnalistlərə açıqlamasında ölkəsinin mövqeyini bir daha ifadə edib. Onun sözlərinə görə, Polşa Ukrayna ərazisində hərbi kontingent yerləşdirməyəcək.
Tusk bildirib ki, Polşa koalisiyanın logistika təminatında və müttəfiqlərlə birgə fəaliyyətində mühüm rol oynamağa davam edəcək.
Polşada hərbi təlimlər keçirilir
Bu arada Polşada Ukraynada mümkün atəşkəsdən sonrakı təhlükəsizlik tədbirlərinə hazırlıq məqsədilə beynəlxalq hərbi təlimlər təşkil olunub. Noyabrın 9-dan 22-dək davam edən manevrlərdə 11 ölkədən təxminən 2 800 hərbçinin iştirakı nəzərdə tutulub.
Təlimlər mümkün gələcək missiyanın koordinasiyası, hərbi qüvvələrin hərəkəti və logistika imkanlarının sınaqdan keçirilməsini əhatə edir.