Macarıstanda kilsə şkafında saxlanılan sümüyün krala məxsus olduğu DNT ilə təsdiqlənib


18 Noyabr 2026 14:49
258
DÜNYA
Macarıstanın şimalındakı Mezəkövesd şəhərindəki Müqəddəs Laszlo kilsəsində saxlanılan sümük parçasının orta əsrlərin məşhur hökmdarı I Laszloya məxsus olduğu ehtimal edilir
AZƏRTAC xəbər verir ki, "Válasz Online" nəşrinin yazdığına görə, sümük illərlə kilsədəki şkafda metal qutuda saxlanılıb. Üzərindəki yazıda onun kral Laszloya aid qaval sümüyü olduğu bildirilsə də, bu iddia elmi cəhətdən yoxlanılmamışdı. Radiokarbon analizi sümüyün 995–1149-cu illər arasında yaşamış hündürboylu, iri bədənli kişiyə məxsus olduğunu göstərib. ELTE-nin Arxeogenomika İnstitutu sümüyü Győr kafedralında qorunan kəllə fraqmenti ilə müqayisə edib. Mitoxondrial DNT təhlili nümunələrinin eyni kişiyə və ya ana xətti üzrə qohum iki şəxsə məxsus olduğunu göstərib. Tədqiqatçılar ikinci ehtimalı az real sayırlar. Relikviya ilk dəfə 1758-ci ildə Gyöngyös fransiskan monastırının inventar kitabında qeyd olunub. 1950-ci ildə dini ordenlər ləğv edildikdən sonra kahin Şandor Varqa onu Mezəkövesdə gətirib. Macarıstanda ən çox ehtiram edilən orta əsr hökmdarlarından biri sayılan I Laszlo 1077–1095-ci illərdə ölkəni idarə edib. Onun Oradeadakı ilkin məzarı əsrlər əvvəl dağıdılıb.
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Dərc vaxtına görə