London nəhəngi milli üzvü ilə anlaşdı - SON DURUM


"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays klubla beş illik yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Ben Ceykobs sosial media hesabı üzərindən yayıb.
Mənbənin məlumatına görə, İngiltərə millisinin üzvü ilə daha yaxşı şərtlərlə anlaşma əldə olunub.
Onun əvvəlki müqaviləsinin müddəti 2028-ci ilə qədər qüvvədə idi və bir illik uzadılma seçimi var idi.
Rays bu mövsüm London nəhənginin heyətində bütün yarışlarda 15 oyuna çıxıb.
Mirağa
