Gündəlik həyatda işlədilən login sözünün mənşəyi və tarixi


3 mənbə əsasında
Milyonlarla insanın rəqəmsal platformalara daxil olmaq üçün istifadə etdiyi login anlayışı müasir texnologiyalarla deyil, dənizçilik sahəsi ilə əlaqəlidir. İngilis dilindəki log in ifadəsinin kökləri XVII əsrə gedib çıxır və həmin dövrdə dənizçilər gəminin sürətini ölçmək üçün üzərində düyünlər olan kəndirin ucuna taxta parçası bağlayırdılar. Tarixən ağac kötüyü mənasını verən log sözü sonralar hadisələrin qeydə alındığı jurnal anlamını qazanmışdır. Bu ifadə zaman keçdikcə təkamül edərək müasir dövrdə qeydiyyatdan keçmək mənasını almaqdadır.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
“Login” sözünün maraqlı tarixi
Hər gün milyonlarla insan elektron poçtuna, sosial şəbəkələrə və bank tətbiqlərinə daxil olmaq üçün login və şifrədən istifadə edir. Bu söz artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ancaq çox az adam bilir ki, "login" sözünün yaranma tarixi kompüterlərlə deyil, dənizçiliklə bağlıdır.ANZ.AZ xəbər verir ki, bu sözün tarixi bir neçə əsr əvvələ gedib çıxır.Maraqlıdır ki, onun mənşəyi dənizçilərin gəminin sürətini ölçmək üçün istifadə etdikləri adi taxta parçası ilə əlaqələndirilir."Login" sözü haradan yaranıb?İngilis dilində işlədilən "login" sözü "log in" ifadəsindən yaranıb. Bu ifadə hərfi mənada "jurnalda qeydiyyat aparmaq" və ya "qeydiyyatdan keçmək" mənasını verir.Burada əsas diqqətçəkən məqam "log" sözüdür. Müasir ingilis dilində bu söz hadisələrin qeydə alındığı jurnal mənasında işlədilir. Lakin tarixən onun başqa bir mənası da olub. "Log" sözü əvvəllər ağac kötüyü və ya taxta parçası anlamını daşıyıb.Bu iki məna arasındakı əlaqəni anlamaq üçün bir neçə əsr əvvələ, yelkənli gəmilərin istifadə edildiyi dövrə nəzər salmaq lazımdır.Dənizçilər gəminin sürətini necə ölçürdülər?XVII əsrdə dənizçilər gəminin sürətini müəyyən etmək üçün olduqca maraqlı üsuldan istifadə edirdilər.Onlar üzərində müəyyən məsafələrlə düyünlər bağlanmış uzun kəndirin ucuna taxta parçası bərkidirdilər. Daha sonra həmin taxtanı dənizə atırdılar.Gəmi irəlilədikcə kəndir açılırdı. Dənizçilər isə müəyyən vaxt ərzində neçə düyünün keçdiyini hesablayaraq gəminin sürətini müəyyən edirdilər.Məhz bu üsul nəticəsində "düyün" anlayışı gəmilərin sürətini ölçən vahid kimi dənizçilikdə öz yerini tutub. Sürətin ölçülməsi üçün istifadə edilən həmin qurğu isə ingilis dilində "log" adlandırılırdı.Taxta parçası necə gəmi jurnalına çevrildi?Dənizçilər gəminin sürəti ilə bağlı ölçmələrin nəticələrini xüsusi jurnala qeyd edirdilər. Burada gəminin hərəkət istiqaməti, hava şəraiti, qət edilən məsafə və səfər zamanı baş verən digər hadisələr haqqında məlumatlar da yazılırdı.Bu jurnal ingilis dilində "log
Tam oxu Anz.az saytındaDərc vaxtına görə
