Livan prezidenti: İsrailin geri çəkilməsi ədalətli sülhün yolunu açacaq


İsrail qoşunlarını Livanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Bu, münasibətlərin normallaşmasına və davamlı sülhə gətirib çıxaracaq.
Teleqraf xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun müstəqilliyin 83-cü ildönümü münasibətilə həmvətənlərinə müraciətində bildirib.
Siyasətçi İsrail hökumətinə müraciət edərək vurğulayıb: "Təcavüzü dayandırın və Livan torpağından çıxın. İşğal və şəhərlərin dağıdılması təhlükəsizliyinizi artırmayacaq. Yalnız qoşunların tamamilə çıxarılması beynəlxalq səviyyədə tanınmış sərhəddə davamlı və ədalətli sülhün, sabitliyin yolunu açacaq."
Çıxışında Aun Livan hökumətinin münaqişənin həlli üçün göstərdiyi diplomatik səylərə toxunub: "Diplomatiya təslim olmaq və hüquqlardan imtina etmək deyil".
Siyasətçi bildirib ki, Livan artıq heç kimin oyununda sövdələşmə predmeti olmayacaq.
1 mənbə