Tramp Putini dostu adlandırmasını müdafiə etdi


ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini dostu adlandırması ilə bağlı səslənən tənqidlərə cavab verib.
Xitab24.az Associated Press agentliyinə istinadən xəbər verir ki, Tramp Putinin Ukraynadakı müharibəni bitirmək istədiyinə inandığını bildirib. Bununla belə, o, Rusiya prezidentinin ABŞ üçün dost olub-olmadığını deyə bilməyəcəyini vurğulayıb.
Açıqlama Rusiyanın Ukraynaya hücumlarının davam etdiyi bir dövrdə səsləndirilib.