"Lexus"la piyadanı vurub öldürməkdə şübhəli bilinən Aynur Həsənova tanınmış həkim imiş - Foto


Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində şübhəli bilinən Aynur Həsənovanın tanınmış həkim olduğu məlum olub.
Oxu.Az Nocomment.az-a istinadla xəbər verir ki, A.Həsənova Bərdə Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Doğum evində mama-ginekoloq vəzifəsində çalışır.
Faktla bağlı araşdırma aparılır.
18 noyabr, 21:30
Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində şübhəli bilinən qadının kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə Bərdə rayonunun Saatlı kəndində baş verib. 1994-cü il təvəllüdlü Fərid Qasımovu avtomobillə vurmaqda şübhəli bilinən şəxs Aynur Həsənovadır.
O, idarə etdiyi "Lexus" markalı avtomobillə piyadanı vuraraq onun ölümünə səbəb olmaqda şübhəli bilinir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
18 noyabr, 21:12
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Bərdə-Yevlax avtomobil yolunun Bərdə rayon Saatlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən, 1994-cü il təvəllüdlü Fərid Qasımovu avtomobil vurub.
Piyada aldığı xəsarətlərdən həlak olub.
Yusuf Məmmədli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/hadise/berde…
Qaynar xətt:
(055) 224 12 12
1 mənbə

Teleqraf.az+10 mənbə