Lənkəranda yanğın: Üç ailə evsiz qalıb - Video


Lənkəran şəhərində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Mirzə Fətəli Axundov küçəsi, 36 ünvanında qeydə alınıb.
Belə ki, təxminən 150 kvadratmetr sahəsi olan fərdi yaşayış evində qəfil yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Lakin alov qısa müddətdə evi bürüdüyündən sakinlər sənədlərini, geyimlərini və digər əşyalarını götürə bilməyiblər, bütün əşyaları yanıb. Nəticədə üç ailə evsiz qalıb.
İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/cemiyyet/len…
Qaynar xətt:
(055) 224 12 12
